Gizliliyin qorunması (IP və Mac adres dəyişmə)

Nijat Mammadov
2 min readMay 28, 2021

Bir hücuma keçmədən əvvəl təməl olaraq gizliliyin qorunması üçün bir sıra dəyişikliklər etmək lazımdır. Bunların ən əsası IP və MAC adresin dəyişdirilməsi və bəzi saytlara daxil olarkən “Hidden Mode”da yəni “Gizli Mod”da daxil olmaqdır. Bunun əvəzinə brauzerlərdən də istifadə etmək mümkündür (bu daha rahatdır). İndi isə bu addımları necə edəcəyimizə keçək!

  1. IP Adresin dəyişdirilməsi

İnternet şəbəkəsinə qoşulmuş hər bir kompüterin rəqəmlərdən ibarət elektron ünvanı olur. Bu ünvan (IP) vasitəsilə bir şəxsin yaşadığı yer daxil olmaqla onun haqqında çoxlu məlumat toplamaq və ona hücum təşkil etmək mümkündür. Bu yazıda IP dəyişdirmək üçün ANON-SURF proqramından necə istifadə ediləcəyini öyrənəcəyik. İstifadəsi olduqca asandır.

Yükləmək üçün: git clone https://github.com/Und3rf10w/kali-anonsurf.git

İstifadə qaydası:

Proqramı yüklədikdən sonra ona daxil oluruq cd kali-anonsurf , asanca konfiqurasiya olunması üçün ./installer.sh yazırıq və daxil edib gözləyirik. Bitdikdən sonra bu komandalarla istifadə edə bilərik.

 anonsurf {start|stop|restart|change|status}

start - Geniş sistem gizliliyinə başlama (iptables vasitəsilə TOR proxy altında tunel açır)
stop - Orijinal iptables sıfırlama və əvvələ dönmə
restart - Prosesi söndürüb yenidən başlatma
status - "Anonsurf"ün vəziyyətini yoxlama

Proqrama daxil olduqdan sonra yazıldığı kimi anonsurf start yazıb IP dəyişməyə başlaya bilərik.

2. MAC Adres dəyişmə

MAC adres bir cihazın hansı şirkət tərəfindən yaradıldığını və hansı model olduğunu bildirir. Bir MAC adres heç bir zaman başqa bir cihaz ilə eynilik təşkil edə bilməz. Bu da onun gizliliyini qorumağımızı məcbur edir. İndi isə MAC adres necə dəyişilir ona keçək!

Bunun üçün Linux ƏS-in bizə verdiyi macchanger təminatından istifadə edə bilərik. Haqqında məlumat almaq üçün macchanger — help yazıb ətraflı baxa bilərik. Bizə hələlik lazım olan isə sadəcə 2 komandadır.

Dəyişdirmək üçün:

macchanger -r eth0

Dəyişdirdikdən sonra əvvəlki halına qaytarmaq üçün:

macchanger -p eth0

Bunlar atılacaq təməl təhlükəsizlik addımlarıdır. Fəqət bir sistemə daxil olarkən işlər bu qədər də asan olmur. Həmçinin IP dəyişmək üçün daha güclü bir server seçməyə çalışın. Bura qədər. Oxuduğunuz üçün təşəkkürlər. Növbəti dərslərdə görüşənədək!

--

--