Adla sosial media hesablarını tapmaq (‘sherlock’ vasitəsilə)

Nijat Mammadov
May 10, 2021

Prosesə keçmədən əvvəl demək lazımdır ki, istifadə edəcəyimiz proqram sadəcə “nickname”lə işləyir. Yəni, əgər axtaracağımız şəxsin instaqram adı “lovescarre”dirsə, bu zaman proqram hansı sosial medialarda “lovescarre” adlı hesabın olduğunu axtaracaq. Yəni şəxsin ad və soyadını birbaşa yazaraq nəticə əldə edə bilmərik. İndi isə işimizə keçək.

  1. İlk öncə “sherlock” proqramını Linux əməliyyat sistemimizə yükləyirik. Link: git clone https://github.com/sherlock-project/sherlock.git

2. “Sherlock”a daxil oluruq və proqramın çalışması üçün bu komandanı yazırıq:

python3 -m pip install -r requirements.txt

3. Yüklənmə bitdikdən sonra artıq istifadəyə başlaya bilərik! Sadəcə aşağıdakı komandanı və sonuna hədəf şəxsin “nickname”ini yazıb axtarışa veririk.

Bəzən bizə boş keçidlər (hesablar) verə bilər. Məsələn “Twitter”də bu adda hesab yoxdur, nə də “Chess”də. Amma ümumi olaraq ən çox istifadə edilən sosial media hesablarını (Facebook, Telegram, TikTok, VSCO və s.) rahatlıqla tapır. Bu qədər! Gələn mövzularda görüşmək üzrə.

--

--